Azərbaycan Prezidenti Qırğız Respublikasının yeni prezidentini təbrik edib

Azərbaycan Prezidenti Qırğız Respublikasının yeni prezidentini təbrik edib
22:47 16 Oktyabr 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız həmkarına prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik məkltubu göndərib.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Jeenbekov,
Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-qirgiz-respublikasinin-yeni-prezidentini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR