Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
23:12 16 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 58,37 dollar/barel təşkil edib ki, bu da ötən cümə axşamına olan göstəricidən 1,04 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 57,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 13-də 55,32 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 13-də 56,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,18 dollar/barel çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/590849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR