“Azeristiliktechizat” Bakinin bezi erazilerinde istilik techizatinda yaranmis problemlere munasibet bildirib

12:42 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 12:38 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azəristiliktəchizat” ASC son zamanlar normal rejimdə işləyir və qurumun fəaliyyətində problem yoxdur.

Bu barədə “APA-Economics”ə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

 

R. Əliyevin sözlərinə görə, abonentlər tərəfindən quruma bəzi şikayətlər daxil olur: “Dünən Bakının Nərimanov rayonunda qaz zəif olub. Bundan başqa, Xətai rayonunda işıqla bağlı problem olub ki, bu da bizim işimizə təsir etməyib. Amma ümumilikdə ciddi problemlər olmayıb. Qar yağandan qurumun bütün qazanxanaları tam gücü ilə işləyir və bu gün səhər saatlarında da dayanan qazanxanalar yoxdur”.

 

APA-nın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində mənzillərin istilik təchizatı ilə  bağlı hər hansı bir problemin olub-olmaması ilə bağlı keçirilən sorğuda abonentlərdən biri qeyd edib ki, problemlə üzləşən zaman “Azəristiliktəchizat”ın “Qaynar xətt”inə zəng edərkən məlum olur ki, nömrə faksa qoşulub. Bu məsələyə münasibət bildirən R. Əliyev deyib ki, abonentlər qurumun 956 nömrəli “Qaynar xətt”inə zəng vura bilər.

 

Qeyd edək ki, sosial şəbəkə vasitəsilə sorğuda iştirak edənlərin əksəriyyəti qeyd edir ki, istilik təchizatı ilə bağlı problem daha çox Xətai rayonunda yaşanır. Sözügedən problem rayonun M. Hadi 41, Telnov 16, A. Ələsgər, bina 2, Xudu Məmmədov 41 ünvanlarında yaşanır. Yeri gəlmişkən, bu ünvanlarda iki gündür ki, istilik təchizatının dayandırıldığı bildirilir. Rayonun Şirvani 2A ünvanında isə qazın təzyiqi çox zəifdir.


Bununla yanaşı, analoji problemin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Nizami, Nəsimi rayonlarında olduğu iddia olunur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR