Bərdədə kürəkən qaynatasına ağır xəsarət yetirib

Bərdədə kürəkən qaynatasına ağır xəsarət yetirib
00:42 17 Oktyabr 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 17 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda qohumlar arasında qanlı hadisə ilə nəticələnən mübahisə olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Kətəlparaq kəndində qeydə alınıb.
Kənd sakini Bayramov Həsən Elşad oğlu kürəkəni ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı H. Bayramov başından agır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Bərdə Rayon Polis Bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-kureken-qaynatasina-agir-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR