Türkiyədə ABŞ konsulluğunun saxlanılmış əməkdaşının qohumları azadlığa buraxılıb

Türkiyədə ABŞ konsulluğunun saxlanılmış əməkdaşının qohumları azadlığa buraxılıb
01:12 17 Oktyabr 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ-ın Türkiyədəki Baş Konsulluğunun FETÖ ilə əlaqədə şübhəli bilinən əməkdaşının həyat yoldaşı və qızı azadlığa buraxılıb.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Qeyd olunur ki, ABŞ-ın diplomatik korpusunun əməkdaşının qohumları ölkəni tərk etməmək şərtilə azadlığa buraxılıb.
ABŞ-ın Ankaradakı səfirliyi baş verənlərlə bağlı narahatlığını ifadə edib və Baş Konsulluğun əməkdaşı barəsində irəli sürülmüş ittihamı əsassız adlandıraraq onu ölkələr arasında münasibətləri pozmaqda ittiham edib.
Daha əvvəl bildirilib ki, ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyənin XİN rəhbərinə amerikalının saxlanılmasına görə narahatlığını ifadə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-abs-konsullugunun-saxlanilmis-emekdasinin-qohumlari-azadliga-buraxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR