Parisdə beynəlxalq jazz festivalında Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək

Parisdə beynəlxalq jazz festivalında Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək
04:57 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Paris. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Cəngi” etno-caz ansamblı fransız musiqisevərlərin qonağı olacaq.
"Report"un Fransa bürosu məlumat verir ki, respublikanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” ansamblı paytaxt Parisdə, 29 noyabrda mədəni rəngarənglik jazz festivalında Azərbaycanı təmsil edəcək.
“Cəngi” ansamblının ifasında səslənəcək caz musiqisi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam musiqisi ilə cazın sintezindən ibarət olacaq. Proqrama ənənəvi milli janrlara məxsus musiqilər də daxil edilib.
Udda Mircavad Cəfərov, pianoda Vasif Hüseynli, tarda İskəndər Ələskərov, nağarada Ruslan Hüseynov ifa edəcəklər.
Vüsalə İsmətqızı

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/parisde-beynelxalq-jazz-festivalinda-azerbaycani-cengi-ansambli-temsil-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR