KXDR yalnız ABŞ-dan sonra nüvə silahından imtina etməyə hazırdır

KXDR yalnız ABŞ-dan sonra nüvə silahından imtina etməyə hazırdır
05:47 17 Oktyabr 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Şimali Koreya dünyada nüvə silahının tam qadağa olunmasının tərəfdarıdır, lakin ABŞ bu silaha malik olduğu üçün rəsmi Pxenyan da öz arsenalını qoruyacaq.
“Report” RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Ren deyib. O, həmçinin Koreya yarımadasının nüvə silahından azad edilməsinə dair danışıqları rədd edib.
“Bütün dünyanın diqqətini özünə cəlb edən Koreya yarımadasındakı vəziyyət kritik hala çatıb. Nüvə müharibəsi istənilən vaxt başlaya bilər. ABŞ-ın bütün ərazisi bizim raketlərin çata biləcəyi zonada yerləşir. Əgər ABŞ cürət edib bir düymə məsafədə belə müqəddəs torpaqlarımıza yaxınlaşsa, onlar bizim şiddətli cəzamızdan canlarını qurtara bilməyəcəklər,”- deyə daimi nümayəndənin müavini söyləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kxdr-yalniz-abs-dan-sonra-nuve-silahindan-imtina-etmeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR