Nigeriyada silahlılar köçkün düşərgəsinə hücum edib: 30 ölü

Nigeriyada silahlılar köçkün düşərgəsinə hücum edib: 30 ölü
06:47 17 Oktyabr 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Nigeriyanın mərkəzi hissəsində köçkün düşərgəsinə silahlı hücum nəticəsində 30 dinc sakin həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Channel Television" xəbər verib.
Xəbərdə qeyd olunur ki, hadisə Plato ştatında, yerli məktəb binasında baş verib. İnsident zamanı təhlükəsizlik xidmətlərinin əməkdaşları da binada olub. Lakin onlar cinayətkarlara mane ola bilməyiblər.
Plato ştatının qubernatoru Simon Lalonq hücumla bağlı təhlükəsizlik xidmətləri rəhbərlərinin, həmçinin arasıkəsilməz hücumların və təhlükəsizlik problemlərinin mümkün həllinin müzakirəsi üçün hökumət məmurlarının iclasını çağırıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigeriyada-silahlilar-kockun-dusergesine-hucum-edib-30-olu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR