Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək

Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək
07:17 17 Oktyabr 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək.
"Report"un məlumatına görə, 4 qrupda oynanılacaq qarşılaşmalar arasında daha çox turnirin son qalibi İspaniya "Real Madrid"i ilə İngiltərə "Tottenhem"i arasındakı görüş diqqət mərkəzində olacaq.
İlk 2 turdan sonra bu komandalar hərəyə 6 xalla H qrupunun ön pillələrindədirlər. Görüşdən qalib ayrılacaq klub 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək.
İngiltərənin "Mançester Siti" və Türkiyənin "Beşiktaş" klubları da itkisiz irəliləyir. F qrupundakı "Mançester Siti" hələlik 3 xalı olan İtaliya "Napoli"sini qəbul edəcəksə, G qrupundakı "Beşiktaş" cəmi 1 xala malik "Monako"nun qonağı olacaq.
17 oktyabr
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
E qrupu
"Spartak" (Moskva, Rusiya) - "Sevilya" (İspaniya)
"Maribor" (Sloveniya) - "Liverpul" (İngiltərə)
Xal durumu: "Sevilya" - 4, "Liverpul" - 2, "Spartak" - 2, "Maribor" - 1.
F qrupu
"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)
"Feyenoord" (Hollandiya) - "Şaxtyor" (Ukrayna)
Xal durumu: "Mançester Siti" - 6, "Şaxtyor" - 3, "Napoli" - 3, "Feyenoord" - 0.
G qrupu
"Monako" (Fransa) - "Beşiktaş" (Türkiyə)
"Leyptsiq" (Almaniya) - "Portu" (Portuqaliya)
Xal durumu: "Beşiktaş" - 6, "Portu" - 3, "Monako" - 1, "Leyptsiq" - 1.
H qrupu
"Real Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə)
APOEL (Kipr) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Real Madrid" - 6, "Tottenhem" - 6, "Borussiya" - 0, APOEL - 0.
Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-kecirilecek-8-gorusle-futbol-uzre-cempionlar-liqasinda-iii-tura-start-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR