Bakıda qonşular arasında kütləvi dava: xəsarət alan var

Bakıda qonşular arasında kütləvi dava: xəsarət alan var
07:42 17 Oktyabr 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qonşular arasında kütləvi dava olub, xəsarət alan var.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə ötən gecə Suraxanı rayonunda baş verib.
Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində 39 yaşlı Bünyadov Zaur Aydın oğlu qonşuluqda yaşayan Elnur adlı şəxs və onun qardaşı, habelə digər tanışları ilə mübahisə edib. Nəticədə o, bir neçə nəfər tərəfindən döyülüb. Z.Bünyadov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə faktla bağlı məlumat daxil olan kimi polis əməkdaşları hadisə yerinə yollanıblar. Z. Bünyadovu döyən şəxslər hadisə yerindən qaçıblar.
Məlum olub ki, hadisəni törədən şəxslər sərxoş vəziyyətdə olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/590887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR