Proqramlaşdırıla bilən süni dəri yaradılıb - VİDEO

Proqramlaşdırıla bilən süni dəri yaradılıb - VİDEO
07:52 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Kornell Universitetinin mühəndisləri proqramlaşdırıla bilən süni dəri hazırlayıblar. Səkkizayaqlı ilbiz və mürəkkəbböcəyinin xüsusiyyətləri yeni materialın prototipi qismində çıxış edib. Alimlər tərəfindən hazırlanmış material elastik, uzadıla bilən, müxtəlif üçölçülü formaları əldə etmək qabiliyyətinə malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, idarə edilə bilən material başayaqlıların öz rəngini dəyişən, həm də sıxılıb-uzadıla bilən dəri hüceyrələrinə oxşar yaradılıb. Əzələ hidrostatı adlandırılan bu xüsusiyyət skelet dəstəyinə malik deyil. Maraqlıdır ki, insanda da oxşar struktur var. Bu dildir. Başayaqlıların əzələ hidrostatını öyrənən alimlər onun əsasında öz formasını dəyişmək xüsusiyyətinə malik olan süni parça yaradıblar.

Bu materialın yaradıcıları qeyd edirlər ki, material bir çox sahələrdə tətbiq edilə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Proqramlaşdırıla bilən süni dəri yaradılıb


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR