Naxçıvanın Darıdağ Arsenli Su Müalicəxanası yenidən təşkil ediləcək

Naxçıvanın Darıdağ Arsenli Su Müalicəxanası yenidən təşkil ediləcək
08:12 17 Oktyabr 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Darıdağ Arsenli Su Müalicəxanasının yenidən təşkil edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, sərəncama əsasən Darıdağ Arsenli Su Müalicəxanası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Darıdağ Arsenli Su Müalicəxanasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırmaqla təsdiq etmək, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Darıdağ Arsenli Su Müalicəxanasının istifadəsində olan əmlak və avadanlıqların publik hüquqi şəxsin balansına verilməsini təmin etmək, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/590881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR