Bakıda orta yaşlı kişi yaşadığı evdə qohumları tərəfindən döyülüb

Bakıda orta yaşlı kişi yaşadığı evdə qohumları tərəfindən döyülüb
08:17 17 Oktyabr 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi yaşadığı evdə qohumları tərəfindən döyülüb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 37 yaşlı Elman Hüseyn oğlu Allahverdiyev ailə münaqişəsi zəminində öz mənzilində qohumları tərəfindən döyülüb. Qabırğaları sınan zərərçəkmişi təcili yardım maşını ilə xəstəxanaya aparıb.
E.Allahverdiyevin qohumları tərəfindən döyülməsi səbəbi hələlik məlum deyil. Fakt Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-orta-yasli-kisi-yasadigi-evde-qohumlari-terefinden-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR