Android-li smartfonlara yeni təhlükə

Android-li smartfonlara yeni təhlükə
08:22 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"ESET" antivirus şirkətinin mütəxəssisləri ekranı bloka salmaq funksiyasına malik və "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ilk şifrləyici virus aşkar ediblər. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "DoubleLocker" adlandırılmış zərərverici proqram mobil bank troyanının əsasında işləyir. Virus qurğunun PIN kodunu dəyişdirə, həmçinin cihazın yaddaşında saxlanılan məlumatları şifrləmək funksiyasına malikdir.

Bir çox başqa troyanlar kimi "DoubleLocker" virusu da adətən "Adobe Flash Player" adı altında maskalanaraq saytlar vasitəsilə yayılır. Qurğunu yoluxdurduqdan sonra şifrləyici "Google Play Service" adlı şəxsi zərərverici xidmətini aktivləşdirməyi təklif edir, bundan sonra inzibatçılıq  hüququnu aktivləşdirir.

"DoubleLocker" qurğunu bloka saldıqdan sonra istifadəçidən 0,013 bitkoin məbləğində ödəniş tələb edir. Bu halda hakerlər xəbərdarlıq edirlər ki, tələb edilən məbləğ 24 saat ərzində köçürülməsə, məlumatlar həmişəlik şifrlənəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/590765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR