Tunisdə hərbi gəmi ilə qayıq toqquşdu: 34 ölü

Tunisdə hərbi gəmi ilə qayıq toqquşdu: 34 ölü
08:22 17 Oktyabr 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Tunisin Hərbi Dəniz Qüvvələrinə aid gəmi ilə qayığın toqquşması nəticəsində ölənlərin daha 16-nın meyiti tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla da ölənlərin ümumi sayı 34-ə çatıb.
On nəfərin meyiti bazar ertəsi səhər saatlarında, daha 6 nəfərin meyiti isə günün ikinci yarısında sudan çıxarılıb. Oktyabrın 8-də baş vermiş toqquşma nəticəsində ümumilikdə 34 nəfər ölüb.
Ölənlər qayığın içində təcrid olunmuş vəziyyətdə qalıb. Axtarışlar davam edir.
Qeyd edək ki, toqquşma Kerkenna adasından 54 km məsafədə qeydə alınıb. Tunisin hərbi gəmisi miqrantların olduğu qayığı yoxlamaq istəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/590876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR