Sərnişin təyyarəsi dronla toqquşdu

Sərnişin təyyarəsi dronla toqquşdu
08:27 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Kanadanın Kvebek bölgəsində pilotsuz uçuş aparatı ilə enişə keçən sərnişin təyyarəsi toqquşub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  Kanada nəqliyyat naziri Mark Qarno hadisə zamanı heç kimin zərər çəkmədiyini deyib.
 
Olay ötən həftə baş verib, məlumat isə yeni yayılıb. Nazir dron və təyyarənin toqquşmasının ölkədə ilk dəfədir baş verdiyini söyləyib. O qeyd edib ki, qanunvericilik dronlardan hava limanlarının 5 kilometrliyinə qədər məsafədə istifadəni qadağan edir: "Dron həmin vaxt orada olmamalıydı".
 
M. Qarno bildirib ki, əgər dron təyyarənin mühərrikinə və ya kabin hissəsinə dəysəydi, ciddi nəticələrə səbəb olardı. O, gələcəkdə bu cür hadisələrdən yayınmaq üçün şəxsi dronlardan istifadə məsələsində yeni qanuni tənzimlənmələrin həyata keçiriləcəyini vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR