“Ağıllı” üzük kimyəvi və bioloji təhlükələri aşkarlayacaq

“Ağıllı” üzük kimyəvi və bioloji təhlükələri aşkarlayacaq
08:42 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

San Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığındakı kimyəvi və bioloji təhlükələri aşkarlayan "ağıllı" üzük yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, üzük iki əsas hissədən ibarətdir. Qurğunun elektrokimyəvi qapağı konkret birləşmələrin müəyyənləşdirilməsinə xidmət edir. Onun altında isə qurğunun əsas elektronikasının quraşdırıldığı montaj platası yerləşir. Plata əldə edilən məlumatları emal edərək onları simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfon və ya kompüterinə göndərir.
 
Tədqiqatçıların sözlərinə görə, voltametrik və xronoampermetrik ölçmələr aparan üzük geniş spektrli təhlükələr aşkarlamaq qabiliyyətinə malikdir. Lakin hazırda alimlərin yaratdıqları prototip formasında olan üzük partlayıcı maddələrin və orqanofosfat maddələrin həm buxarlı, həm də maye fazasında aşkarlanması üçün optimallaşdırılıb.

Üzüyün yaradılması zamanı alimlər belə qənaətə gəlib ki, funksional daşınan qurğular insanların estetik tələblərinə cavab verəcəyi təqdirdə böyük fayda verəcək. Məhz bu səbəbdən onlar üzük formasında sensor yaradaraq onu dəbə uyğun etməyə çalışıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR