Proqnozlar Bürosu: Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək

Proqnozlar Bürosu: Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək
09:47 17 Oktyabr 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabr ayının 16-ı gündüz saatlarından başlayaraq 17-i səhərədək ölkə ərazisində hava şəraiti dəyişilib, qeyri-sabit keçib: “Arabir yağış yağıb, bəzən intensiv olub”.
G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti oktyabrın 17-i axşamadək davam edəcək: “Oktyabrın 18-19-da ölkə ərazisində hava şəraiti gün ərzində nisbətən sabitləşəcək və əsasən yağmursuz keçəcək”.
Mütəxəsssis qeyd edib ki, sabahdan etibarən havanın temperaturu tədricən yüksələcək: “Yəni, temperaturun 2-3 dərəcə qalxma ehtimalı var”. 

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/proqnozlar-burosu-yagisli-hava-seraiti-bu-gun-axsamadek-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR