Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA

Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA
10:04 17 Oktyabr 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR