"Qazel"in cihazlar panelində "tetris" oynadı - VİDEO

"Qazel"in cihazlar panelində "tetris" oynadı - VİDEO
10:05 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Vasili Şeptulya adlı Youtube istifadəçisi öz şəxsi kanalında maraqlı video paylaşıb.

Milli.Az publikaya istinadən vəbər verir ki, "Qazel" markalı avtomobilin cihazlar panelində gizlədilmiş oyun funksiyasını aşkarlayan sürücü, bunu sosial şəbəkədə paylaşıb.

Görüntülərdə sürücü iddia edir ki, sağ tərəfə dönmə işığını 3 dəfə yandırıb, uzaq işıqları 2 dəfə yandırıb söndürməklə, 5 dəfə mufta əyləcini basaraq dövrlər sayını 2000-nə qaldırdıqdan sonra cihazlar panelinin üzərindəki sol tərəfdə olan balaca düyməni sıxmaq kifayət edir ki, oyun aktivləşsin.

Nəticədə yürüş göstəricinin yerində oyun ekranı açılır. Ekranın aşağı sol və sağ hissəsində olan düymələrlə oyunu oynamaq mümkündür.

Həmin maraqlı görüntünü təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR