"Mercedes" 400 min avtomobilini geri çağırdı - FOTO

"Mercedes" 400 min avtomobilini geri çağırdı - FOTO
10:12 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Məşhur avtomobil şirkəti "Mercedes-Benz" Britaniyada 400 mindən çox avtomobilini geri çağırıb.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, buna səbəb avtomobillərin hava yastığında yarana biləcək problem qorxusudur. Belə ki, sürücü monitorda peyda olan işığa aldanaraq səhvən hava yastığını aça bilər.

Problem 2011-ci ilin noyabrndan 2017-ci ilin iyul ayı arasında istehsal edilən  A, B, C və E-Class eləcə də, CLA, GLA və GLC modellərində aşkarlanıb.

Şirkətdən bildirilib ki, problem 1 saat ərzində və pulsuz olaraq aradan qaldırılır.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/avto/590891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR