Oleq Qazmanov qəzaya düşüb

Oleq Qazmanov qəzaya düşüb
10:24 17 Oktyabr 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın tanınmış müğənnisi Oleq Qazmanov avtomobil qəzasına düşüb.

 

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Perm diyarının Usolsk rayonu ərazisində baş verib.

 

Q. Qazmanov "Instagram" səhifəsində yazıb ki, qəzaya avtomobilin təkərlərinin yoldakı çuxurda zədələnməsi səbəb olub.

 

"Elə indicə qəzaya düşdük. Yolda iki çuxur var. Birindən çıxan armatur avtomobilimin iki təkərini deşdi. Hamı ehtiyatlı olsun", - deyə müğənni yazıb.

 

O, daha sonra qeyd edib ki, Permə oktyabrın 18-də konsert vermək üçün gəlib. Müğənni qəzanın körpüdə baş verdiyini də əlavə edib.  

 

Hüquq-mühafizə orqanlarından və yol xidmətindən hələlik heç bir açıqlama verilməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR