İraq hökuməti Kərkükə nəzarəti tam bərpa edib

İraq hökuməti Kərkükə nəzarəti tam bərpa edib
10:27 17 Oktyabr 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ İraq mərkəzi hakimiyyəti Kərkükə nəzarəti tamam bərpa edib.
“Report” Türkiyənin "Cümhuriyyet" qəzetinə istinadən xəbər verir ki, bunu İraq hökumətinin nümayəndəsi bildirib.
Məlumata görə, Kərkükdə komendant saatı rejimi tətbiq edilib. İraqın şimalındakı Kürd Muxtar Əyalətinə rəhbərlik edən qüvvələrə bağlı şəxslər bölgəni tərk edirlər.
İnformasiyaya əsasən, ölkənin şimalındakı muxtariyyətin silahlı dəstəsi sayılan “peşmərgə” Kərküdən çıxıb.
Qeyd edək ki, oktyabrın 16-da İraq ordusunun Kərkükdəki neft quyularının yerləşdiyi əraziləri, hərbi hava limanını “peşmərgələrdən” təmizlədiyi barədə məlumat yayılmışdı. 





Xəbərin orijinal ünvanı: https://report.az/region/i-raq-hokumeti-kerkuke-nezareti-tam-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR