Məşhur müğənni avtomobil qəzasına düşdü - VİDEO

Məşhur müğənni avtomobil qəzasına düşdü - VİDEO
10:48 17 Oktyabr 2017
28 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur estrada müğənnisi Oleq Qazmanov Ural yolunda avtomobil qəzasına düşüb.

Publika.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkədə məlumat verib. O, hadisə yerindən video çəkərək instaqramda paylaşıb və həmin ərazidən keçən sürücüləri diqqətli olmağa səsləyib.

Müğənninin sözlərinə görə, qəza körpünün üstündə baş verib. Nəticədə hər iki təkər parçalanıb. Hüquq-mühafizə orqanları və yol xidməti hadisənin baş vermə səbəbini hələlik şərh etməyib.

Qeyd edək ki, Oleq Qazmanovun çərşənbə günü Permdə konserti planlaşdırılır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/217278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR