Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA

Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA
11:22 17 Oktyabr 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.

Bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Hadisənin baş verdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbin direktoru Camal Əlirzayev bildirib ki, hadisə saat 13:20 radələrində dərs prosesi başa çatandan sonra baş verib: "Dərslər saat 13-də bitir. Bu uşaqlar da əvvəlcədən aralarında olan mübahisəni davam etdirmək üçün məktəbin ətrafında görüşüblər. 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev məktəblilərdən birini döyüb. Həmin şagird də 8-ci sinifdə oxuyan dostu, Rahib Babayevi çağırıb. Dava-dalaş zamanı Samir Rahibi bıçaqlayıb".

Məktəb direktoru bildirib ki, bıçaqlanma hadisəsindən sonra şagirdlərdən biri aptekə gedərək oradan dərman almaq istəyib: "Bizə aptekdən zəng etdilər ki, şagirdlərdən biri dərman almaq istəyib. Dərhal maraqlandıq və təcili tibbi yardıma müraciət etdik. Mənim təlim-tərbiyə üzrə müavinimin müşayəti ilə Rahib xəstəxanaya çatdırıldı".
 
İlkin araşdırmalar zamanı məlum olub ki, şagirdlər arasında qanlı davaya səbəb olan mübahisə onlardan birinin məktəbin bufetində qızlara yol verməməsi olub. Samir Fətullayev bunu həmin şagirdə irad tutub və mübahisə böyüyüb. Daha sonra mübahisəyə qoşulan Rahib isə Samir tərəfindən bıçaqlanıb.
 
Milli.Az


 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/590953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR