Bakıda Azərbaycan-Belarus biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçirilib
11:27 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan -Belarus biznes-forumu keçirilib.
"Report" xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, turizm, konsaltinq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
"Azpromo"nun vitse-prezidenti Yusif Abdullayev iki ölkə arasında bütün sahələr üzrə mövcud münasibətlərdən danışıb. Y.Abdullayev bu ilin may ayında Minskdə açılan ilk Azərbaycan Ticarət Evinin reallaşmasında Belarus dövlətinin göstərdiyi dəstəyə görə təşəkkür edib.
Belarus Ticarət-Sənaye Palatasının rəhbəri Vladimir Ulaxoviç Belarusun Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda 70 Belarus şirkəti fəaliyyət göstərir. O, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Biznes-forum çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Belarus Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb. 
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-azerbaycan-belarus-biznes-forumu-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR