Veteran güləşçilərimizin dünya çempionatında uğuru: 1 qızıl və 1 gümüş - FOTO

Veteran güləşçilərimizin dünya çempionatında uğuru: 1 qızıl və 1 gümüş - FOTO
11:37 17 Oktyabr 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan güləşçiləri Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, sərbəst güləş yarışlarında B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) finaladək ardıcıl olaraq, Almaniya, Moldova və Bolqarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə İran idmançısına da qalib gələn Azərbaycan pəhləvanı dünya çempionu olub.

Yunan-Roma güləşi yarışlarında D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. O, həlledici görüşdə Polşa idmançısına məğlub olaraq gümüş medala yiyələnib.

Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/590952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR