Əfqanıstanda polis idarəsinə hücum olub, 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb

Əfqanıstanda polis idarəsinə hücum olub, 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb
11:52 17 Oktyabr 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Əfqanıstanda terrorçu “Taliban” hərəkatı silahlıları polis idarəsinə hücum ediblər. 
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildiriblər.
Paktiya əyalətinin Qardez şəhərinin Polis İdarəsinə edilən hücum nəticəsində 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb.
Məlumata görə, Qardez şəhəri Polis İdarəsinin yaxınlığında terrorçuların idarə etdikləri minalanmış iki avtomobil partladılıb. Bundan sonra silahlılar polis idarəsinin binasına girməyə cəhd göstəriblər. Lakin onların hücumunun qarşısı alınıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-polis-idaresine-hucum-olub-15-nefer-oldurulub-40-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR