Bakıda zibilxanadan avtomat silahı və qumbara tapılıb

Bakıda zibilxanadan avtomat silahı və qumbara tapılıb
11:57 17 Oktyabr 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonundakı məişət tullantıları yığılan yerlərdən birindən silah-sursat tapılıb.
"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. 
Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-zibilxanadan-avtomat-silahi-ve-qumbara-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR