Azərbaycana bu ölkələrdən dərman gətirilir

Azərbaycanda dərman vasitələrinin idxalı və ixracı “Dərman vasitələri haqqında” Qanun əsasında həyata keçirilir.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasına dərman vasitələrinin idxalını müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər. Elmi tədqiqat müəssisələri də dərman vasitələrinin hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədi ilə onların idxalını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda və qaydada həyata keçirə bilərlər.

Bəs, Azərbaycana hansı ölkələrdən dərman idxal edilir?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycana Avropa Birliyi ölkələrindən, Misir, İspaniya, Türkiyə, Hindistan, Koreya, Çin, Yaponiya, Rusiyadan eləcə də Ukrayna, Belarusiya, Qazaxıstan və s. ölkələrdən müxtəlif çeşiddə dərman vasitələri idxal olunur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR