22 dərəcə isti olacaq - SABAH

22 dərəcə isti olacaq - SABAH
12:44 17 Oktyabr 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.  

 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, zəif şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/285848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR