"PAŞA Bank" hazırda hansısa bankı almaqda maraqlı deyil

"PAŞA Bank" hazırda hansısa bankı almaqda maraqlı deyil
12:47 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Hazırda "PAŞA Bank" ASC heç bir bankla birləşmək yaxud hansısa bankı almaqda maraqlı deyil. "Report" xəbər verir ki, bunu jurnalistlərə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
T.Kazımov "PAŞA Yatırım Bankası"nın (Türkiyə) istiqrazlarının yerli maliyyə institutlarının aldığını deyib: "Sözsüz ki, bütün istiqrazları yerli maliyyə institutları alıb. Bu yerləşmədə fiziki şəxslər iştirak etməyiblər. Çünki valyutaya tələbat çox olub və tələbatı nəzərə alaraq yeni buraxılışlar etməyi düşünürük".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pasa-bank-hazirda-hansisa-banki-almaqda-maraqli-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR