Faciəvi şəkildə ölən fəhlənin FOTOsu yayıldı - TƏFƏRRÜAT

Faciəvi şəkildə ölən fəhlənin FOTOsu yayıldı - TƏFƏRRÜAT
12:57 17 Oktyabr 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Baku.ws SOCAR-ın Bakı şəhərinin Nərimanov rayonunda Heydər Əliyev prospektində yerləşən yeni inzibati binasında faciəvi şəkildə ölən işçinin fotosunu əldə edib.

Milli.Az xəbər verir ki, binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlunun yaxınları sözügedən sayta foto və məlumat veriblər.

Məlumata görə, Orxan Əhmədov binanın 33-cü mərtəbəsində iş görərkən yıxılıb.

"Hadisə axşam saatlarında baş verib. Orxan iş yoldaşına deyib ki, yuxarıda işi var, həll edib gəlir. Liftdə işləyərkən sürüşüb və 33-cü mərtəbədən aşağı düşüb", - deyə mərhumun yaxınları qeyd edib.

Hadisə yerinə gələn FHN-nin xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/590990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR