"Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb" - FOTO

"Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb" - FOTO
13:05 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Belarusun Ticarət-Sənaye Palatası (TSP) əməkdaşlıq haqqında memorandum imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, imzalanma mərasimi Azərbaycan-Belarus biznes forumu çərçivəsində baş tutub.

Memorandumu Konfederasiyanın rəhbəri Məmməd Musayev və Palatanın sədri Vladimir Ulaxoviç imzalayıb.

M.Musayev çıxışı zamanı qeyd edib ki, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi son illərdə artaraq 100 milyon dollara çatıb.

Öz növbəsində V.Ulaxoviç vurğulayıb ki, son 10 ildə Belarusun Azərbaycana qoyduğu investisiyanın həcmi 1 milyard dollara çatıb: "Belarusda Azərbaycan kapitalı ilə 58 şirkət fəaliyyət göstərir, eyni zamanda, Azərbaycanda 70 Belarus şirkəti işləyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/590982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR