Milli Məclisin deputatı Sankt-Peterburqda Parlamentlərarası İttifaqın komitə iclasında iştirak edib

Milli Məclisin deputatı Sankt-Peterburqda Parlamentlərarası İttifaqın komitə iclasında iştirak edib
13:12 17 Oktyabr 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyası və komitələri öz işinə başlayıb. 
"Report" xəbər verir ki, Milli Məclisin deputatı Şahin İsmayılov PAİ-nin Sülh və Beynəlxalq Təhlükəsizlik Komitəsinin oktyabrın 17-də keçirilən iclasında iştirak edib. Komitənin iclasında gündəliyin mövzusu Beynəlxalq sülhməramlı qoşunların münaqişə ocaqlarında rolu barədə olub. 
Tədbirdə söz alan deputat Ş.İsmayılov Azərbaycan Silahlı Qüvvələri sülhməramlılarının Kosovada, daha sonra Əfqanıstanda və İraqda sülhə verdiyi tövhələr barədə geniş məlumat verib. O, eyni zamanda qeyd edib ki, sülhməramlılarımıza İraqda peşəkarlığa, nizam-intizama və yüsək səviyyəli xidmətinə görə İraq hökuməti və beynəlxalq qurumlar tərəfindən dəfərlərlə təşəkkür alıb. 
Qeyd edək ki, Parlamentlərarası İttifaq ən qədim beynəlxalq parlament təşkilatlarındandır və keçirilən Assambleya dünyanın ən böyük parlament assambleyasıdır. 1889-cu ildə yaradılmış bu ittifaq dünyanın 173 ölkəsinin parlamentarilərini və 11 parlamentlərarası təşkilatı birləşdirir. PAİ-nin Assambleyası və digər iclasları oktyabrın 18-də başa çatır.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-meclisin-deputati-sankt-peterburqda-parlamentlerarasi-i-ttifaqin-komite-iclasinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR