"Bizdə isə xəstə həkimi qarşı tərəf kimi görür. Bu, belə olmamalıdır"

"Bizdə isə xəstə həkimi qarşı tərəf kimi görür. Bu, belə olmamalıdır"
13:12 17 Oktyabr 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəstə əməliyyata girməmişdən əvvəl mütləq müayinələrə getməlidir. Amma bu müayinələrə etinasız yanaşılır. Bu isə cərrahiyyə stolunda mütləq özünü göstərir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirli deyib.

Onun sözlərinə görə, uşaqlar xüsusilə əməliyyatdan əvvəl pediatr müayinəsindən keçməlidir.
Uşaq sağlam olsa belə, bu müayinələr mütləq aparılmalıdır.

A.Qədirli bildirib ki, Azərbaycanda xəstələr əməliyyat üçün geçikmiş mərhələdə müraciət edirlər: "Əməliyyat edilən xəstədə bir fəsad yarandıqda isə onun günahını anestezioloqda görürlər. Xəstədə mədə xəstəliyi varsa, o, deşilməyə qədər gəlib çatır. Avropada axı belə deyil. Avropada insanlar xəstəliyi vaxtında müalicə etdirirlər. Bizdə əməliyyat stoluna çıxdıqda deyirlər ki, məni müalicə edin. Xəstəlik fəsadlaşmamışdan əvvəl onu müalicə etmək lazımdır. Xəstədə xəstəliyin fəsadları ilə yanaşı, digər xəstəliklər də olur. Bizdə xəstələrdə yanaşı xəstəliklər çox olur".

A.Qədirli deyib ki, xəstə və həkim bir ittifaq kimi birgə olmalıdır: "Bizdə isə xəstə həkimi qarşı tərəf kimi görür. Bu, belə olmamalıdır".

Baş anestezioloq-reanimatoloq bildirib ki, xəstənin cərrahi diaqnozu dəqiqləşəndən sonra o, müayinələrdən keçirilməlidir.

Onun sözlərinə görə, anestezioloq xəstədə mütləq yanaşı xəstəliklərin olub-olmadığını müəyyənləşdirməlidir: "Çox hallar olub ki, xəstə sağlam kimi qəbul edilib, amma exokardioqramma çıxarılanda onun ürəyində küyün olduğu məlum olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/590984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR