Azərbaycana gələn Qay danışdı

Azərbaycana gələn Qay danışdı
12:46 9 Yanvar 2015
190 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin qış fasiləsində heyətinə qatdığı futbolçuların - Rəşad Sadiqov və Aleksey Qayın neçə nömrəli futbolka ilə çıxış edəcəkləri müəyyənləşib.

Klubdan ANS PRESS-ə verilən məlumata görə, Sadiqov 6, Qay isə 19 nömrəli formanı tərlədəcək. Futbolçular niyə məhz bu nömrələri seçdiklərinə aydınlıq gətiriblər.

Rəşad Sadiqov bildirib ki, uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış edib: "Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam".

Aleksey Qay isə 19 rəqəminin ona çox uğurlu gəldiyini qeyd edib: "Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür" - deyə A.Qay söyləyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR