İngilis qapıçı oğlu ilə oynarkən zədələndi

İngilis qapıçı oğlu ilə oynarkən zədələndi
13:22 17 Oktyabr 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Vest Bromvich"in qapıçısı Ben Foster dizini zədələyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper oğlu ilə həyətdə oynadığı vaxt zədə alıb. Komandanın baş məşqçisi Toni Pulis "Lester Siti" ilə oyundan (1:1) sonra bu barədə məlumat verib.

"O, oğlu ilə həyətdə oyayanda dizini dartıb. 2 il öncə diz bağlarında problem olduğundan biz risk etməmək qərarına gəldik. Tibbi müayinə zədənin nə dərəcədə ciddi olduğunu göstərəcək. Heyətdə cəmi 2 təcrübəli qapıçının olması pisdir".

"Lester Siti" ilə matçda "Vest Bromvich"in qapısını 21 yaşlı Aleks Palmer qoruyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/590964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR