Zibillikdən körpə qız tapıldı - Üzərində qarışqalar gəzirdi - FOTO

Zibillikdən körpə qız tapıldı - Üzərində qarışqalar gəzirdi - FOTO
13:27 17 Oktyabr 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Bhopal şəhərində zibillikdən körpə qız uşağı tapılıb.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, iddialara görə, valideynləri körpəni qız uşağı olduğuna görə atıblar.

Çay evi sahibi olan Dheeraj Rathore adlı şəxs körpəni zibillikdən tapanda onun üstündə qarışqaların və digər həşəratların toplaşdığını söyləyib.

"Zibil atmağa gedəndə körpə səsi eşitdim. Zibilliyin içini eşdim, körpəni çıxartdım. Onu zibillikdən çıxaranda başında və bədənində həşəratlar gəzirdi".

Körpəni tapan şəxs onu xəstəxanaya aparıb. Uşaq müayinə olunub. Polis hazırda uşağın valideynlərini axtarır.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR