"Çelsi"nin futbolçusu 1 ay oynamayacaq

"Çelsi"nin futbolçusu 1 ay oynamayacaq
13:32 17 Oktyabr 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi" Viktor Mozesin xidmətlərindən məhrum olub.

Milli.Az goal.az-s istinadən xəbər verir ki, nigeriyalı vinqer "Kristal Palas" ilə matçda zədələnərək 40-cı dəqiqədə əvəzlənmişdi. Onun diz bağlarında problem aşkarlanıb və 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Mozes son 2 həftədə sıradan çıxan 3-cü "Çelsi" futbolçusudur. Daha öncə Nqolo Kante və Alvaro Morata da eyni aqibətlə üzləşmişdi. Moratanın Çempionlar Liqasının qrup mərhələsində "Roma" ilə qarşılaşmada meydana çıxmaq ehtimalı var. Kante isə bütün oktyabrı buraxacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/590988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR