“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj
Sarkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli
deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı
Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı
üçün hakimiyyətdə qala bilir”.
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi
Tevos Arşakyan deyib.
Onun sözlərinə görə, vaxtilə Koçaryan, indi isə Sarkisyan
Ermənistanda öz cinayət şəbəkəsini yaradıb, iqtisadiyyatı inhisara
alıb, konstitusiyanı istədiyi kimi dəyişib və ölkəni rusların
əmrinə verib.
“Qarabağ problemi həll olunarsa, “yalnız Qarabağdan gəlmələr xalqın
maraqlarını müdafiə edə bilərlər, yəni Sarkisyan...” mifi
dağılacaq”, - deyə o bildirib.
T.Arşakyan hesab edir ki, Sarkisyanın məntiqi davamı olaraq, Rusiya
da münaqişənin həllini istəmir: “Rusiya münaqişəni inhisara alıb və
o olmadan nə ABŞ, nə də Avropa İttifaqı heç nə edə bilməz. Münaqişə
bölgəsində “nə sülh, nə də müharibə olsun” prinsipi Moskva üçün
sərfəlidir. Sarkisyan bu münaqişədən istifadə edərək hakimiyyətini
davam etdirdiyi kimi, Rusiya da bölgədə məhz bu amilə görə öz
gücünü saxlaya bilir”.
Erməni siyasi şərhçi daha sonra maraqlı fikirlər səsləndirib və
qeyd edib ki, bu düşüncəsinə görə ona təzyiqlər ola bilər.
“Mən indi qadağan olunmuş fikirləri səsləndirəcəm. Əminəm ki, əgər
Sarkisyan olmasaydı, həmçinin, üzərimizdən Rusiya kölgəsi
çəkilsəydi, ermənilərlə azərbaycanlılar birlikdə müzakirə aparıb,
problemi sülh yolu ilə həll edə bilərdilər”, - deyə o bildirib.
Asif