Şəkidəki İdman Sağlamlıq Mərkəzi özəlləşdirilib

Şəkidəki İdman Sağlamlıq Mərkəzi özəlləşdirilib
13:47 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir.
“Report” bu barədə ƏMDK-yə istinadən xəbər verir.
Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib. 
Paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Şəki şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 1 000 kv.m-dən çox, torpaq sahəsi isə 6 500 kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Hərracda sənaye sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 1 300 kv.m-ə yaxın, torpaq sahəsi isə 3 min kv.m-dən çoxdur.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 6-sı paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 3-ü Səbaildə, 2-si Nəsimidə, digəri isə Nizamidə yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Şirvan rayonundadır. Özəlləşdirilən əmlakların sahəsi 10-124 kv.m arasında dəyişir.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nəsimi rayonunda yerləşən, sahəsi 11 kv.m olan qeyri-yaşayış sahəsidir.
Hərracda 3 yarımtikili də özəlləşdirilib. Yarım tikililərin 2-si Ağstafa rayonunda, digəri isə Gəncə şəhərində yerləşir.
Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də öz sahibini tapıb. Ən ucuz qiymətə özəlləşən avtomobil "QAZ-31105" markalı minik maşını olub.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac oktyabrın 24-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sekideki-i-dman-saglamliq-merkezi-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR