Ndlovu "Atletiko" ilə oyunu buraxa bilər

Ndlovu "Atletiko" ilə oyunu buraxa bilər
14:17 17 Oktyabr 2017
23 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" komandası İspaniya "Atletiko"su ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçına ciddi itki ilə çıxa bilər.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 

45 yaşlı mütəxəssis bildirib ki, Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının VIII tur qarşılaşmasında zədələnərək, meydanı tərk etmiş Dino Ndlovu ötən gün məşqi də yarımçıq qoyub. Qurbanov cənubi afrikalı hücumçunun ağrılarının olduğunu söyləyib: "Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss etdi. Hələ bilinmir oyanayacaq, ya yox".

Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR