Qara Qarayev: "Zəif oynamışam deyə xarici klublar mənimlə maraqlanmayıblar"

Qara Qarayev: "Zəif oynamışam deyə xarici klublar mənimlə maraqlanmayıblar"
14:17 17 Oktyabr 2017
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Atletiko" haqda ancaq xoş sözlər söyləmək olar. Alqışalayiq, qrupumuzun ən aqressiv oynayan komandasıdır. Sabah da belə olacaq. Xal qazansaq, bizim üçün uğur olar. Azarkşlərimiz önündə yaxşı nəticə əldə etməyə çalışacağıq".
"Report"un məlumatına görə, bunu "Qarabağ”ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya təmsilçisi "Atletiko” ilə qarşıdakı oyunu barədə danışarkən söyləyib. Təcrübəli müdafiəçi yerli və ispaniyalı jurnalistlərin suallarını da cavablandırıb...
- Azərbaycanın nəzarətində olmayan ərazinin adını daşıyan komandada oynamaq sizin üçün nə deməkdir?
- Sözüz ki, doğma şəhərdə oynamamaq çətinlik yaradır. Lakin "Qarabağ" müəyyən mənada bunu untdurur. İnanıram ki, yenidən orada oyanayarıq. Çalışırıq ki, bu bölgənin adını layincə təmsil edək. İndi üzəimizdə daha ciddi məsuliyyət var.
- Yaxınlarda milli komanda ilk yarıda Almaniyaya qarşı yaxşı çıxış etdi. Həmin ab-hava "Atletiko" ilə görüşdə "Qarabağ"a müsbət təsir edəcək?
- Düşünürəm ki, milli və "Qarabağ" fərqlidir. Fikrmicə, millidə təzyiq daha çox olur. Çünki bütün ölkəni təmsil edirik. Biz "Qarabağ"dakı ab-havanı milliyə daşıyırıq. Eyni şey millidən sonra "Qarabağ"a da ola bilər.
- "Qarabağ"ın futbolçuları artıq 4 ildir avrokuboklarda çıxış edirlər, amma xaricə getmirlər. Təklif yoxdur, yoxsa başqa amillər var? Yəni, problem nədədir?
- Yəqin ki, bu 4 il müddətində lazımi səviyyəyə gəlməmişəm. Zəif oynamışam deyə maraqlanmayıblar. Təklif tək mənə yox, digər oyunçulara da gəlmir. Əvvəl də demişdim ki, təklif olsa, pula baxmayıb gedəcəyəm. Amma belə təklif yoxdur. Problemin nədən qaynaqlandığını bilmirəm.
- "Roma" ilə oyunda stadion tam dolsa da, azarkeşlər problem yaşadı. İndi isə maraq azdır. Azarkeşlərə hansı çağırışı edə bilərsiniz?
- Qrupa düşəndən sonra 2 böyük oyunumuz olacaq. Biri isə olub. Bu, futbol bayramı kimi qeyd olunmalıdır. Bu günlərdə stadionlara çətinliklə düşmək olar. "Roma" ilə oyunda dolmamış yerlər "Atletiko" ilə qarşılaşmada dolmalıdır. Düşünürəm ki, sabah oyuna qədər biletlər satılacaq. Azarkeşlərin dəstəyi indi daha çox lazımdır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qara-qarayev-zeif-oynamisam-deye-xarici-klublar-menimle-maraqlanmayiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR