Azərbaycanlı müğənni "sensasiya" avtomobil gətirir - FOTO

Azərbaycanlı müğənni "sensasiya" avtomobil gətirir - FOTO
12:47 9 Yanvar 2015
183 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Cavanşir Məmmədov Azərbaycana analoqu olmayan avtomobil gətirir. Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə “Xəzər” telekanalında yayımlanan verilişlərin birində deyib. O, bildirib ki, yeni avtomobili qeyri-adi olacaq:

“Təxminən 2 ay sonra, bir az dəqiqləşdirsək, mart ayının ortalarında gözəl bir sensasiya olacaq. Yeni avtomobil sifariş etmişəm. Həmin avtomobil 1 nəfərlikdir. O maşında yalnız 1 nəfər otura bilər. İndiyə qədər mən avtomobil axtarmamışam, maşın özü gəlib məni tapıb. Hazırda neçə maşın varımdır? Deyə bilmərəm. Çünki sabah bunu söz edəcəklər”.

Qeyd edək ki, hazırda C.Məmmədov “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobilini idarə edir. O, 10 HS 100 dövlət nömrə nişanlı avtomobilini 2011-ci ilin aprelində 960 000 avroya alıb.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR