Əmioğlular arasında dava birinin burunsuz qalması ilə nəticələndi - FOTO

Əmioğlular arasında dava birinin burunsuz qalması ilə nəticələndi - FOTO
14:52 17 Oktyabr 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şanlıurfa rayonunda Hüseyin B. (35) əmisi oğlu İsmail B. (21) ilə dava edərkən burnunu dişləyərək qopardıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 12 oktyabrda baş verən olaydan sonra xəstxanaya çatdırılan gəncin burnu bir saat davam edən əməliyyat zamanı yerinə tikilib. Yüzdə 80%-i çatışmayan burnun yerinə gəncin vücudunun başqa yerindən toxuma götürüləcək.

İsmail B. əmisi oğlundan polisə şikayət edəcəyinə bu sözlərlə haqq qazandırıb:

"Yaxşı insan olsaydı, vursaydı, qırsaydı. Amma dişləyib qopartdığı üçün polisə şikayət edəcəm. Çünki üzümdə qalıcı bir qüsur əmələ gəldi". 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR