Rəqs edən milyonçu həbsdən qurtuldu - FOTO

Rəqs edən milyonçu həbsdən qurtuldu - FOTO
15:12 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

İnstagram profilində paylaşdığı fotolar və videolar sayəsində populyarlaşan, "rəqs edən milyonçu" kimi tanınan italyan iş adamı Canluka Vaççi ABŞ-ın Florida ştatındakı Mayami kurortunda istirahət edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 50 yaşlı milyoçu çimərlikdə olarkən diqqət mərkəzində idi.

C.Vaççinin biznes fəaliyyətində problemlər yaranmışdı. Banklar alınmış kreditləri vaxtında ödəmədiyinə görə onun yaxtasına və villalarına həbs qoymuşdu.

Vaççi 10,5 milyon avroluq borcu ödəyərək əmlakını həbsdən qurtarıb.

"SEA Società Europea Autocaravan" şirkətinin sahibi C.Vaççi 300 milyon avroluq varidata malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR