Mətanətdən Rövşanəyə: "Naşı, bədbəxt insan…"

Mətanətdən Rövşanəyə: "Naşı, bədbəxt insan…"
15:32 17 Oktyabr 2017
248 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Mətanət Əsədova bir müddət evvəl "Səhər-Səhər" verilişin aparıcısı Rövşanə Ağasəfqızı ilə yaşadığı qalmaqala münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı "5-də 5" verilişində aparıcını naşı olmaqda ittiham edib:

"Naşı, aparıcılıqdan xəbəri olmayan bədbəxt insan qarşıma çıxır. Bax o zaman efirdən çıxıb gedirəm. Qalsaydım o səviyyəyə düşəcəkdim. Ona görə də xanım kimi durub çıxdım".

Qeyd edək ki, sənətçi  yazıçı-kulturoloq Aydınxan Əbilovla mübahisə edərək efiri yarımçıq tərk etmişdi. O, Rövşanəyə iradını bildirmişdi:

"Sözümü deyib gedirəm, Allah sizə can sağlığı versin. Gedim, heç kəs məni küsdürə bilməz. Mətanət Əsədova heç vaxt yüngül reklamlar etməyib. Sənətkarla sənətkar dilində danışmaq lazımdır. Belə ucuz reklamlar bizə lazım deyil".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/591055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR