FHN-in əsgəri intihara cəhd edib

FHN-in əsgəri intihara cəhd edib
15:32 17 Oktyabr 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) əsgəri hərbi xidmət vaxtı naməlum şəkildə yaralanıb.
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, FHN-in N saylı hərbi hissəsində xidmət edən Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş 1997-ci il təvəllüdlü Əliyev Elşad Mərdan oğlu qarın nahiyəsindən 4 bıçaq xəsarəti alıb.
Yaralı əsgər xəstəxanaya yerləşdirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində əsəbi olduğunu, bu səbəbdən özünü bıçaqlayaraq intihara cəhd etdiyini deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, E.Əliyev 4 aydır ki, N saylı hərbi hissədə qulluq edir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fhn-in-esgeri-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR