700 şirkət Kataloniyanı tərk etdi

700 şirkət Kataloniyanı tərk etdi
16:37 17 Oktyabr 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl keçirilmiş müstəqillik barədə referendumdan sonra 700-ə yaxın şirkət öz ofislərini Kataloniyadan İspaniyanın başqa regionlarına köçürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təkcə ötən həftə ərzində 92 şirkət Kataloniyadan çıxdığını elan edib.

Ümumilikdə isə 691 şirkətin Kataloniyanı tərk etməsi barədə məlumat verilib.

Qeyd edək ki, təkcə oktyabrın 9-u və 10-da, iki gün ərzində 387 şirkət ofislərini İspaniyanın başqa regionlarına köçürmüşdü.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR